• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb
17.04.2024 15:55
Gürcüstan Prezidenti Salome Zurabişvili "Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, o, bunu Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusun təmsilçiləri ilə görüşdə bildirib.

Qeyd edək ki, ölkə parlamenti aprelin 17-də qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihənin lehinə 83 deputat səs verib.

Gürcüstan parlamentindəki müxalifət deputatları səsvermədən əvvəl zalda ayrıca iclas keçirməyə cəhd göstərib. Buna görə, parlamentin spikeri Şalva Papuaşvili toplantıda fasilə elan edib. Bundan sonra da müxalif "Strategiya Aqmaşenebeli” Partiyasının lideri Georgiyadze, "Vahid Milli Hərəkat” Partiyasının sədri Levan Xabeişvili, eləcə də partiya liderlərindən biri Tina Bokuçava zaldan çıxarılıb.

Ona görə də müxalifət səsverməni boykot edib.

Qanun layihəsi xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyatdan keçməsini və illik bəyannamələr doldurmasını tələb edir.

Qanun layihəsi daha iki oxunuşda qəbul olunmalıdır. İkinci oxunuşda layihənin maddə-maddə müzakirəsi və əlavələr edilməsi, üçüncü oxunuşda isə qanunun mətninə redaksiya xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yalnız üçüncü oxunuşda qəbul edildikdən sonra layihə imzalanmaq üçün Gürcüstan Prezidentinə göndəriləcək.

Gürcüstan müxalifəti qanun layihəsini dəstəkləmir və bir neçə gündür paytaxt Tiflisdə etiraz aksiyaları keçirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol