• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək

Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək
17.04.2024 18:07
2024-2025-ci tədris ilində Təhsil İnstitutunun (ARTİ) hazırladığı V sinif Azərbaycan dili (dövlət dili) və riyaziyyat, VI sinif coğrafiya, VII sinif fizika, kimya və biologiya dərslikləri kütləvi istifadəyə veriləcək. V sinif dərslikləri iki il, VI və VII sinif dərslikləri isə bir il sınaq prosesindən keçib. 
 
Bu barədə "Azərbaycan müəllimi”nə açıqlamasında ARTİ Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev məlumat verib.
 
Onun sözlərinə görə, hazırda VI sinif Azərbaycan dili (tədris dili), riyaziyyat, coğrafiya, VII sinif fizika, kimya, biologiya və coğrafiya dərslikləri sınaq prosesindədir.
 
"Növbəti il VI siniflər üçün Azərbaycan dili (tədris dili) və  riyaziyyat, VII sinif coğrafiya, VIII siniflər üçün fizika, kimya və biologiya dərslikləri sınaq prosesinə veriləcək” - deyə Zaur İsayev bildirib.
 
Mərkəz direktoru yeni hazırlanan dərsliklərin üstünlüklərindən danışaraq  deyib ki, yeni dərsliklərdə müasir yanaşmalardan və yeni pedaqoji texnologiyalardan geniş istifadə edilir:
 
"Məsələn, VI və VII siniflər üçün yeni hazırlanmış coğrafiya dərslikləri indiyə kimi coğrafiyanın ənənəvi təhsil üsullarında bir qədər fərqli, ən qabaqcıl təhsil institutlarının tətbiq etdikləri coğrafiyanın müasir öyrətmə üsullarından istifadə edilməklə hazırlanıb. Ənənəvi dərsliklərə alışan müəllimlərin yeni dərsliklərdən səmərəli istifadə etmələri üçün onlardan müəyyən səylər tələb olunur. Təbii ki, zamanla bu problemlər də həllini tapacaq”.
 
Direktorun fikrincə, problemin daha sürətlə aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyi təlimlər təşkil edir, müəlliflərə yeni yanaşma ilə bağlı mütəmadi məlumatlar verilir:
 
"Digər fənlərlə bağlı da analoji problemlərlə rastlaşırıq. Sınaq prosesi bütün bu problemləri aşkar etməyə və bunların səbəblərini müəyyən etməyə imkan verir”.  

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol