İstehsal olunan və idxal olunan yağların tərkibində əlavə ziyanlı maddə yoxdur - AQTA sədri

Azərbaycana idxal olunan və ölkə daxilində istehsal olunan yağların tərkibində heç bir əks təsir göstərən maddələr yoxdur. Bunu Qida Təhlüksizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
"Bəzi özünə ekspert deyənlər əhalini çaşdıran çıxışlar edir. Bildirilər guya yağların tərkibində trans yağlar qatılır.Ölkənin istənilən bölgəsində istənilən yağla bağlı ekspertiziya keçirmtməyə hazıram. Çünki biz əminik ki, həm istehsal olunan,həm də idxal olunan yağların tərkibində əlaqə ziyanlı qatqı yoxdur. Trans yağlar da 2% təşkil edir ki, bu da beynəlxalq göstəricilərə tam uyğundur", - AQTA sədri aprelin 18-də parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
Sədr bildirib ki, bəzi ekspertlər həmçinin dönərlərə vurulan antibiotiklərlə bağlı çıxışlar edir ki, bu da tamamilə yalnış məlumatdır və heç bir əsası yoxdur.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























