İyunun 24-də müəllimlər sertfikasiya imtahanı verəcək

İyunun 24-də təhsilverənlər sertfikasiya prosesinə cəlb olunacaq. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, bu ilki imtahana 31 035 müəllim cəlb olunacaq.
İndiyə kimi 40 min müəllim sertfikasiya prosesinə cəlb olunub, 32 min müəllimin əməkhaqqına əlavələr edilib.
Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, 2026-cı ilə qədər Elm və Təhsil Nazirliyi 17 min pedaqoji heyət üzvünün sertfikasiya öncəsi təlimlərə cəlb olunmasını planlaşdırır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























