Dönərdən zəhərlənmələr qida ilə bağlı deyil - Qoşqar Təhməzli

Dönərdən zəhərlənmə halları heç də qida ilə bağlı olan hadisə deyil. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzov deyib.
“Son zamanlar dönərxanalarda zəhərlənmə faktları qeydə alınıb. Qəribə də olsa, Azərbaycanda qida satıcısı hələ də elementar gigiyena qaydalarına — ən azı əllərin yuyulmasına — riayət etməyə çətinlik çəkir. Zəhərlənmələrin əksəriyyəti gigiyena pozuntularından qaynaqlanır. İnsanlar isə çox vaxt bunu dönərin əti ilə əlaqələndirirlər”, – Təhməzov aprelin 18-də parlamentin Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləməsində deyib.
Onun sözlərinə görə, ictimai fikirdə xarici ölkələrdə qida təhlükəsizliyinin ideal olduğu, Azərbaycanda isə vəziyyətin kritik göründüyü düşünülür, lakin bu yanaşma reallığı tam əks etdirmir. Təhməzov vurğulayıb ki, Azərbaycan qida təhlükəsizliyi göstəricilərinə görə dünyanın öndə gedən ölkələri arasında qərarlaşıb.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























