Respublika Pediatriya Mərkəzi yaradılıb

TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Azər Əhmədov Respublika Pediatriya Mərkəzinə direktor təyin edilib.
İcraçı direktor Vüqar Qurbanov 18 aprel 2024-cü il tarixində yeni təyin olunmuş Azər Əhmədovu kollektivə təqdim edib.
Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























