• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdəmirdə çobanlarla fermer arasında dava: yaralananlar var

Kürdəmirdə çobanlarla fermer arasında dava: yaralananlar var
29.05.2020 03:17
Kürdəmir rayonunda torpaq üstündə dava düşüb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Sığırlı kənd sakini olan fermer, 1951-ci il təvəllüdlü Rüstəmov Polad Ayazxan oğlu ilə Ağsu rayonundan olan çoban 1955-ci il təvəllüdlü Mürşüdov Yusif Əflatun oğlu arasında dava baş verib. Hadisə zamanı Yusif Mürşüdov və onun oğlu 1988-ci il təvəllüdlü Daşqın Mürşüdov fermer Polad Rüstəmova və onun oğlu, 1978-ci il təvəllüdlü Samir Rüstəmova yumruq, ağac və küt alətlə ağır xəsarətlər yetiriblər.

Ata və oğul qolun və ayağın sınığı, ağır kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı Yusif və Daşqın Mürşüdovlar isə yüngül xəsarət alıb. Məlumata görə, Polad Rüstəmov uzun illərdir ki, Sığırlı kəndində heyvandarlıq və əkinçiliklə məşğul olur. Çobanlar isə həmin kəndin ərazisində Ağsu rayonundan olan bir fermerin mal-qarasını otarırlar. Onlar arasında mübahisənin 50 hektar torpaq sahəsi üstündə baş verdiyi bildirilir. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol