• $
  • €
  • ₽
  • ₺
  • £

Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTO

Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTO
25.04.2024 11:40
Fəaliyyəti daim ictimaiyyətə açıq olan, mütəmadi olaraq istehsal müəssisələrinə mediatur təşkil edən "Azərsun Holdinq” ənənəsinə sadiq qalaraq media mənsublarını istehsal müəssisəsinə dəvət edib. 

Bu dəfəki tur "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabrikinə olub. 

Jurnalistləri qarşılayan fabrik müdiri Əli Məmmədov kağızın təkrar emalı prosesi haqqında geniş məlumat verib. Prosesin bir neçə mərhələdən ibarət olduğunu qeyd edən mütəxəssis bildirib ki, qəbul olunan tullantılar çeşidləndikdən sonra su ilə qarışdırılaraq xəmir alınır. Növbəti mərhələdə isə alınan xəmir kütləsi aparatlarda kağız halına gətirilir və buxarda qurudulduqdan sonra rulonlanır.  

Fabrik müdiri istehsal prosesində istifadə edilən bütün avadanlıqların müasir texnoloji standartlara uyğun olduğunu və xaricdən gətirildiyini qeyd edib. 

Müəssisənin illik istehsal gücünün 50 000 ton olduğunu qeyd edən Əli bəy bildirib ki, bunun sayəsində ildə 850 min ağacın kəsilməsinin qarşısı alınır. Belə ki, 1 ton tullantı kağızın təkrar emalı 17 ağacın qorunmasını təmin edir.

AKKİK-ə təşkil edilən mediatur çərçivəsində fabrikdə çalışan mütəxəssislər jurnalistləri proseslə əyani tanış edərək, onların suallarını cavablandırıblar.

10 illik fəaliyyəti dövründə təxminən 8.5 milyon ağacın qorunmasını təmin edən bu fabrik "Azərsun Holdinq”in həyata keçirdiyi ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən biridir. Fabrik eyni zamanda tullantıların idarə edilməsinə dair bir çox ekoloji maarifləndirmə layihələri icra edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol