• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanış mərasimi başlayıb - Yenilənib/VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanış mərasimi başlayıb - Yenilənib/VİDEO
26.04.2024 13:48
(Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasiminin video görüntüsü əlavə edilib)

 
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb. Bu barədə anews.az-ın əraziyə ezam olunmuş əməkdaşı xəbər verib. 
 
Bildirilib ki, bağlanış mərasimində bayraqlar endirilib.
 
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində bildirib ki, bu mərkəz 3 ildən artıq müddətdə ərazidə sülhün təmin olunmasına böyük rol oynayıb. 
 
"Türkiyə və Rusiya arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli Memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzi üç ildən artıq müddət ərzində sülhün təmin olunmasında böyük rol oynayıb.  Birgə fəaliyyət nəticəsində mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəlib Qarabağ iqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəmədi. Azərbaycanın Qarabağ iqtisadi rayonu üzərində  tam nəzarətinin bərqərar olması məqsədilə 2023-cü il sentyabrda keçirilmiş antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tamamilə çıxarılıb. Bu səbəbdən, Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir. 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin də ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb." , - çıxışı zamanı qeyd edib.
 
Türkiyə-Rusiya Birgə Monitorinqi Qarabağda fəaliyyətini 2021-ci ilin yanvarından başladıb. Aprelin 18-də Türkiyə Milli Müdafiə Nazirliyi Ağdamda yerləşən Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyətinin dayandırılacağı ilə bağlı məlumat yayıb. 
 


 




***
Aprelin 26-ı Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq.
 
Mərkəzin açılış mərasimi 2021-ci ili yanvarın 30-da keçirilib. 

2023-cü ilin sentyabrın 19-20-də Qarabağda keçirilimiş antiterrot əməliyyatlarından sonra suverenliyin bərpa olunması ilə mərkəzin fəaliyyətinə ehtiyac qalmayıb. 
 
Aytac Zeynalova 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol