• $
  • €
  • ₽
  • ₺
  • £

“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
26.04.2024 13:21
Azercell-in ev sahibliyi etdiyi "M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir
 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək "GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbir rəqəmsal transformasiyanın gücü,  süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuların müzakirəsi üçün əla platforma rolunu oynayacaq. Konfransa qatılan beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri bu proseslərin sürətləndirilməsi üçün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyətini bir daha vurğulayacaqlar.

"M360 Eurasia 2024” çərçivəsində süni intellektin rəqəmsal dünyanın bütün sahələrində geniş tətbiqi, onun innovasiya üçün açdığı yeni perspektivlər barədə danışılacaq. Eyni zamanda, bu texnologiyanın məlumat məxfiliyi və təhlükəsizliyin təmin edilməsi  kimi istiqamətlərdə yaratdığı çağırışlar da müzakirə olunacaq.  Bu keçidin həm  biznes, həm də cəmiyyət üçün ən faydalı şəkildə reallaşdırılması yolları ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirdə Rəqəmsal DNT (Digital DNA) mövzusu çərçivəsində yeni dövrdə uğur əldə etmək üçün lazımlı bacarıq və qabiliyyətlər, rəqəmsal savadlılığın artırılması üçün sektorlar arası əməkdaşlığın vacibliyi gündəmə gətiriləcək.  

COP29 ərəfəsinə təsadüf edən bu konfransda ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri haqqında da danışılacaq. Bu sessiyada rəqəmsallaşma prosesinin və iqlim fəaliyyətinin bir-birinə təsiri, dayanıqlı inkişaf və sıfır karbon emissiya məqsədlərinə nail olmaq üçün bütün sektorlar arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanacaq. Qlobal telekommunikasiya liderlərinin bu hədəfə çatmaq üçün  gördüyü işlər,  rəqəmsal innovasiyaların ətraf mühitin dayanıqlığına verdiyi töhfə barədə danışılacaq.

Tədbirdə telekommunikasiya şirkətlərinin innovativ B2B həlləri vasitəsilə bizneslərin rəqəmsallaşma prosesinə müsbət təsiri, onlar üçün yaratdığı yeni gəlir istiqamətləri gündəmə gətiriləcək. Dəvət olunan məruzəçilər arasında AWS, e&, Google, Microsoft və s. kimi böyük şirkətlərin nümayəndələri var.
Qeyd edək ki, ötən il Bakıda baş tutan M360 tədbirində dünyanın 29 ölkəsindən nümayəndələr iştirak edib. Bu il də  konfransda  geniş təcrübəyə malik sənaye liderlərinin bir araya gəlməsi  gözlənilir.

"JW Marriott Absheron Baku” mehmanxanasında baş tutacaq tədbirdə iştirak etmək istəyən hər kəs GSMA M360 Eurasia  səhifəsində qeydiyyatdan keçə bilər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol