36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi olub

2024-cü ildə 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub. B barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.
"2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının bütün azərbaycanlı qaliblərini təbrik edirik. Bu il neçə azərbaycanlı tələbənin SI təqaüdü qazandığını təxmin edə bilərsinizmi? 36! Bəli, bu rekord göstəricidir! Azərbaycan 10 faiz nəticə ilə yenə 1-ci yerdədir (357 qalibdən 36-sı azərbaycanlıdır). Onlara İsveçdəki akademik həyatlarında müvəffəqiyyət arzulayırıq”, - diplomatik missiyanın "feysbuk” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























