Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək "Bakı Marafonu 2024”də qeydiyyat başa çatıb.
Heydər Əliyev Fondundan verilən məlumata görə, Marafona 15 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də qoşulanlar var. Belə ki, qeydiyyatdan keçənlərin siyahısında Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları yer alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























