• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirilib

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirilib
26.04.2024 22:36
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Ağdam rayonuna səfəri baş tutub. Səfərdə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.Bu barədə ANAMA-dan bildirilib.

İşçi qrup üzvləri Ağdam rayonunda minatəmizləmə əməliyyatlarına cəlb olunan Fövqəladə Hallar Nazirliyinin, qadınlardan ibarət minatəmizləmə qruplarının və yerli minatəmizləmə şirkətinin fəaliyyəti ilə tanış olublar. İşçi qrup üzvləri icra edilən layihələrin gedişatını, o cümlədən aşkar olunan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.
Səfər çərçivəsində Ağdam rayonunda İşçi qrupun növbəti iclası keçirilib.

İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda açılış nitqi ilə çıxış edərək hökumət tərəfindən təsdiq edilmiş illik tədbirlər planına əsasən icra edilən humanitar minatəmizləmə əməliyyatlarının gedişatı barədə məlumat verib. O bildirib ki, əsasən yaşayış məntəqələrinin bərpası, nəqliyyat, energetika infrastrukturları, eləcə də kənd təsərrüfatı sahələri və digər prioritet istiqamətlərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 133,373 hektar ərazi təmizlənib, 118 835 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.

İclasda, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyinə cəlb olunmuş qurumlar tərəfindən icra edilən fəaliyyət üzrə hesabatlar dinlənilib, cari məsələlər müzakirə olunub, habelə mina təhlükəsi ilə mübarizə istiqamətində maarifləndirmə məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Cari və növbəti illərdə işğaldan azad edilmiş ərazilərə daha çox sayda keçmiş məcburi köçkünlərin geri qayıdışını nəzərə alaraq maarifləndirmə işlərinin və müvafiq qurumlarla bu istiqamətdə birgə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən işçi qrupun iclaslarının ərazilərdə keçirilməsi Böyük Qayıdış proqramının əsas prioritetlərindən biri olan minatəmizləmə prosesinin dinamikliyi və bu prosesə cəlb olunan qurumların icra etdiyi minatəmizləmə əməliyyatları ilə yerlərdə yaxından tanış olmaq imkanı verir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol