• $
  • €
  • ₽
  • ₺
  • £

Borclu abonentlərin işığı kəsiləcək

Borclu abonentlərin işığı kəsiləcək
29.05.2020 11:09
«Bakıelektrikşəbəkə» ASC elektrik enerjisinin istifadəsində borcu yaranmış abonentlərin işığını kəsəcək.Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, havaların bir müddət kəskin soyuq keçməsi və mənzillərin isidilməsində elektrik enerjisindən istifadə olunduğunu nəzərə alaraq, «Bakıelektrikşəbəkə» ona ünvanlanmış borclu abonentlərin çoxsaylı müraciətləri əsasında elektrik enerjisi təchizatının dayandırılmasında bəzi hallarda güzəştlər edib. Elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi təmin edilmədiyi halda, borclu abonentlərin elektrik enerjisi təchizatı fevralın 21-də, saat 12:00-dan etibarən qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və heç bir güzəşt edilmədən fərdi qaydada dayandırılacaq. Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün «Bakıelektrikşəbəkə» tərəfindən çox ciddi tədbirlər görüləcək. Qurum elektrik enerjisi təchizatında hər hansı problemin yaşanmaması üçün abonentlər tərəfindən istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsini xahiş edir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol