• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşaya köçün mayın əvvəli başlaması nəzərdə tutulur

Şuşaya köçün mayın əvvəli başlaması nəzərdə tutulur
30.04.2024 16:22
Şuşaya köçürüləcək sakinlər arasında ilkin püşkatma olub, püşkatmada iştirak etmiş ailələrin mayın əvvəllərində köçürülməsi nəzərdə tutulur. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, ilk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun 2,3, 4, 5 otaqlı mənzillər təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır.
 
Bundan öncə  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilkin mərhələdə Şuşaya 50 məcburi köçkün ailəsinin köçürülməsinin planlaşdırıldığını qeyd edib. Keçmiş məcburi köçkünlər Şuşada 23 binadan ibarət ilk yeni yaşayış kompleksində yerləşdiriləcək.

Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
 
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 

Prezidentinin Şuşada xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bildirib ki, "Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşada ötən ilin avqust-sentyabrdan başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb.
 
Şuşa 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 2020-ci il noyabrın 8-də Azərbaycan ordusu tərəfindən azad edilib. 

Aygün Mirakif

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol