İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb

İrandan Azərbaycana idxal olunan bəzi ərzaq məhsullarında "Kif-maya” göbələklərinin və "Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib.Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Müayinələr nəticəsində məhsul partiyalarında "Kif-maya” göbələklərinin və "Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
www.anews.az
İranda fəaliyyət göstərən sahibkarlıq subyektləri – "Soda Tejarat Diba”, "Tolidi Bazargani Modern Sazan Mandegar”, "Behzad Tejarat Aras İlman”, "Maham Tejarat Dena Paydar”, "Asia Fruits”, "Hamid Fallah Co.” və "Seyed Reza Farahmandnia” MMC tərəfindən ölkəyə ixrac edilən xurma, püstə, zirinc və qovrulmuş çətənə məhsullarından nümunələr götürülüb, analiz edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























