• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Şeytan çarxı”nın açılışı niyə gecikir?

Bakıda “Şeytan çarxı”nın açılışı niyə gecikir?
18.02.2014 12:26
“Şeytan çarxı” attraksionunun açılışı 2013-cü ilin dekabr ayının sonuna nəzərdə tutulmuşdu. Artıq 2014-cü ilin fevral ayının ikinci dekadası sona çatır, amma qurğu hələ də sakinlərin ixtiyarına verilməyib.Oxu.Az Day.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən sahilyanı bulvarın İdarə başçısının müavini Nazim Məcidov bu məsələyə aydınlıq gətirib.“Attraksionun quraşdırılması artıq başa çatıb, hal-hazırda belə attraksionların quraşdırılması üzrə ixtisaslaşmış, Niderland şirkəti sınaqlar keçirir. Bir çox aspektlərin sınaqlarını keçirmək lazımdır, məsələn, çarxların, kabinələrin qapılarının, işıqlandırma sisteminin və s. bu asan iş deyil, bu zaman və məsuliyyət tələb edir”.N.Məcidovun sözlərinə görə, öz avtoritetini qorumaq üçün şirkət attraksionu, bütün elementlərini sınaqdan keçirərək, onu ideal şəkildə təhvil vermək istəyir.“Əgər attraksiona gecə nəzər salsaq, onun işıqlandırılmasının yoxlanmasını görə bilərik” - deyə, Məcidov qeyd edib.“İnsanların təhlükəsizliyini təmin etmək üçün bütün bu sınaqlar keçirilir, qapılar dəfələrlə yoxlanılır. Karuselin yanında sınaqlarda istifadə üçün iki hündür kran quraşdırılıb”.“Şeytan çarxı”nın sakinlərə nə vaxt təhvil veriləcəyini soruşduqda isə cənab Məcidov bunun yaxın günlərdə baş verəcəyini dedi.“Dəqiq tarixi demək mümkün deyil. Obyektin açılışı bulvarın administrasiyasından asılı deyil. Çarxın diametri 60 metrdir, 30 kabinənin hərəsi 8 nəfər üçün nəzərdə tutulub. Ümumi halda 240 sərnişin attraksiondan istifadə edə bilər. Karuseldən istifadə biletinin qiyməti müəyyən edilməyib. Bilet baha olmayacaq. Düşünürəm ki, şəhər sakinləri və şəhərin qonaqları karuseldən istifadə edə biləcəklər” – deyə, Məcidov vurğulayıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol