• $
  • €
  • ₽
  • ₺
  • £

Tələbələr üçün süni intellekt dərsliyi hazırlanıb

Tələbələr üçün süni intellekt dərsliyi hazırlanıb
01.05.2024 17:08
Professor Rafiq Əziz oğlu Əliyevin elmi rəhbərliyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Daşkənd Dövlət Texniki Universitetinin (TSTU) birgə müəlliflər kollektivi tərəfindən tələbələr üçün "Süni intellekt” dərsliyi hazırlanıb.

Bu nəşr mövcud olan S.Rassellin "Süni intellekt" və C.C.Aggarvalın "Süni intellekt" dərsliklərindən fərqlənir. Sözügedən  hər iki dərslikdə əsas diqqət "sərt” hesablamalar metodologiyasına, o cümlədən simvolik məlumatların emalına və klassik 1-ci tərtib məntiqinə yetirilir. Təqdim olunan yeni dərslik isə qeyri-səlis məntiq, hibrid sistemlər və s. kimi "yumşaq” hesablamalara əsaslanan müasir yanaşmalara fokuslanır. Dərslik həmçinin Süni İntellektin (Sİ) tətbiqlərinin yeni -  böyük verilənlərini, Əşyaların İnterneti (Əİ) və "Sənaye 4.0” kimi sahələrini əhatə edir.

 Dərslik 13 fəsildən və bir qlossaridən ibarətdir.  Problemin həlli, biliklərin idarə edilməsi, məlumatların əldə edilməsi, yumşaq hesablamalar və neyrokompütinq, maşın öyrənməsi, təbii dillərin işlənməsi, qərarların qəbulu, ekspert sistemləri, robototexnika, bulud hesablamaları və Əİ kimi süni intellektin müasir nəzəriyyə və təcrübələrini əhatə edir.

Sadədən mürəkkəbə doğru üslubda təqdim olunan materiallar aparıcı universitetlərin tədris proqramlarına və toplanmış beynəlxalq təcrübəyə, mürəkkəb problemlərin həllində Sİ nəzəriyyəsinin inkişafının müasir tendensiyalarına uyğundur.

Dərslik "Süni intellekt”, "Avtomatlaşdırma və idarəetmə”, "Kompüter elmləri” istiqamətləri və ixtisasları üzrə təhsil alan tələbələr, eləcə də qeyri-müəyyənlik şəraitində intellektual sistemlərin inkişafı və qərarların qəbulu ilə bağlı ixtisaslar üçün nəzərdə tutulub.

Dərslik müxtəlif ölkələrdən süni intellekt sahəsində çalışan tədqiqatçılar tərəfindən müsbət rəylər alıb.

Hazırda Özbəkistan Respublikasının "Mərifət” nəşriyyatı tərəfindən tələbələr üçün dərsliyin rus nəşri buraxılıb, azərbaycan, özbək və ingilis dillərindəki variantları çapa hazırlanır.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol