Məktəblərdə "məntiq" dərsi keçirilməlidirmi? - Açıqlama

Aygün Həsənova 4-cü sinifdə oxuyan övladının məktəbdə məntiq dərsi keçirilmədiyi halda həmin fənndən sınaq imtahanlarında və məktəb imtahanlarında məntiqlə bağlı sualların salınmasından narazıdır. Bu barədə valideyn anews.az-a şikayətində bildirib.
"Övladım 4-cü sinifdə oxuyur. Məntiqlə bağlı bilikləri zəifdir. Çünki məktəbdə tədris olunmur. Dərsliklə bağlı əlavə hazırlıqlara məşğul olmaq üçün maddi imkanımız da yoxdur. Əgər məntiq dərsləri keçirilmirsə bunun imtahanlara salınması doğru deyil", o şikayətində qeyd edib.
Milli Məclisin elm və təhsil komitəsinin üzvü Musa Qasımlı hesab edir ki, orta məktəblərdə məntiq dərsi mütləq şəkildə tədris olunmalıdır. Deputat söyləyir ki, təhsildə aparılan islahatlar fonunda bu məsələ diqqətdə saxlanılmalıdır.
Təhsil eksperti Kamran Əsədov söyləyir ki, riyazi məntiq fənninin tədrisi olmalıdır amma bu ixtisaslaşma fonunda keçirilməlidir. Məsələn ali məktəblərin magstr mərhələsində imtahanlarında məntiqdən suallar salınır. O məntiq bakalavrlara harda keçirilib? Onların hamısı riyazi məntiqlərdir. Humanitar sahədə, Kənd təsərrüfatında, mədəniyyətdə oxuyanlar necə yazsınlar bu tip sualları? O bakalavrların çoxu riyaziyyatdan qaçmaq üçün başqa ixtisasi seçiblər. Bu imtahanların hər birinə məntiq salmaq uşaqları riyaziyyat texniki ixtisaslara yönləndirməkdir. Bu humanitar ixtisaslara hörmətsizlikdir. Ümumiyyətlə öyrətmədiyin bir materialdan sual sala bilməzsən. Ona görə imtahanlarda salmaq olmaz. Məntiq suallarının salınması məzmun standartlarına və tədris proqramlarına ziddir. Məntiq suallarının məktəb daxili qiymətləndirmədə, müsabiqələrdə iştirakı həmin şəxslərin hüquqlarinin bir mənalı şəkildə pozulmasıdır", - Əsədov bildirib.
Məsələyə Elm və Təhsil Nazirliyindən münasibət olaraq bildirilib ki, məntiq dərsinin xüsusi fənn kimi tədrisi planlaşdırılmır.
"Məntiq dərsinin xüsusi fənn kimi tədrisi planlaşdırılmır. Lakin ümumi təhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə dərsdənkənar məşğələlərdə "Məntiq” kursu keçirilə bilər. Bu zaman məşğələlərin proqramı ümumi təhsil müəssisəsinin aidiyyatı təhsilverənləri tərəfindən hazırlanır, məktəbin direktoru tərəfindən təsdiq edilir", - nazirliyin açıqlamasında bildirilir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























