• $
  • €
  • ₽
  • ₺
  • £

Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır

Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
01.05.2024 18:06

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Zaqatala, Bakı-Oğuz, Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Beyləqan, Bakı-Kürdəmir, Bakı-Göyçay, Bakı-Şabran, Bakı-Siyəzən və Bakı-Masallı şəhərlərarası, paytaxtın 120, 126, 140 və 508 nömrəli şəhərətrafı, eləcə də 120E, 121E və 140E nömrəli ekspres avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə AYNA-dan bildirilib.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 30 may saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən paytaxtın 126, 508, 120 nömrəli şəhərətrafı və 120E nömrəli ekspres avtobus marşrutları üzrə 4 Lot üzrə iyunun 4-də;

paytaxtın 140 nömrəli şəhərətrafı, 140E və 121E nömrəli ekspres avtobus marşrutları üzrə 3 Lot üzrə iyunun 7-də;

Bakı-Zaqatala, Bakı-Bərdə və Bakı-Tərtər istiqamətlərində 5 Lot üzrə iyunun 11-də;

Bakı-Şabran, Bakı-Siyəzən və Bakı-Oğuz istiqamətlərində 6 Lot üzrə iyunun 21-də;

Bakı-Masallı, Bakı-Oğuz, Bakı-Beyləqan, Bakı-Göyçay və Bakı-Kürdəmir istiqamətlərində 5 Lot üzrə iyunun 25-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.









www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol