Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verilib

Bir neçə gün öncə ev dustaqlığına buraxılan Qubad İbadoğlu yaşayış yerinin dəyişməsi üçün məhkəməyə müraciət edib.
"Qafqazinfo”nun məlumatına görə, onun müraciətinə Nərimanov Rayon Məhkəməsində baxılıb.
Məhkəmə İbadoğlunun iddiasını təmin edərək onun bağ evinə köçməsinə icazə verib.
Qubad İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Yaxın günlərdə məhkəmənin başlanacağı gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























