• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi təhsil müəssisələrinə müraciətlərin vaxtı uzadılıb

Bəzi təhsil müəssisələrinə müraciətlərin vaxtı uzadılıb
02.05.2024 10:55
Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə sənəd qəbulu cari ilin 30 may tarixinədək uzadılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, vətəndaş məmnunluğunun və əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın 13 şəhərində ümumi olaraq 17 sənəd qəbulu mərkəzi yaradılıb. Sözügedən təhsil müəssisələrinə qəbul olmaq arzusunda olan vətəndaşlar istənilən sənəd qəbulu mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər.

Sənəd qəbulu mərkəzlərinin ünvanları aşağıdakı kimidir:

Bakı şəhəri üzrə:

- Heydər Əliyev adına Hərbi İnstitut (Ünvan: Xətai rayonu, Polad Həşimov küçəsi 9)

- Cəmşid Naxçıvanski adına Hərbi Lisey (Ünvan: Xətai rayonu, Polad Həşimov küçəsi 1)

- Hərbi Tibb Fakültəsi (Ünvan: Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3)

Sumqayıt şəhəri üzrə:

- Sumqayıt şəhər 3 nömrəli tam orta məktəb (Ünvan: Sumqayıt şəhəri, 2-ci mikrorayon, H.Əliyev prospekti 345)

- Abşeron rayonu üzrə təhsil sektorunun inzibati binası (Ünvan: Xırdalan şəhəri, M. Rəsulzadə küçəsi 7)
Gəncə şəhəri üzrə:

- Gəncə şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəb (Ünvan: Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 2)

- Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb (Gəncə şəhəri, Kəpəz rayonu, Ü. Hacıbəyov küçəsi 79).
Lənkəran şəhəri üzrə:


- Lənkəran şəhər 1 saylı tam orta məktəb (Ünvan: Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsi 6)
Cəlilabad şəhəri üzrə:

- Cəlilabad rayon üzrə təhsil sektorunun inzibati binası ( Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 1)
Mingəçevir şəhəri üzrə:

- Mingəçevir şəhər, N. Ahangari adına 13 saylı tam orta məktəb (Ünvan: Mingəçevir şəhəri, Ərəsş küçəsi 4)
Beyləqan şəhəri üzrə:

- Beyləqan rayonu üzrə təhsil sektorunun inzibati binası ( Ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti 12)
Bərdə şəhəri üzrə:

- Qarabağ Regional Təhsil İdarəsinin inzibati binası (Ünvan: Bərdə şəhəri, H.Əliyev prospekti 1)
Qazax şəhəri üzrə:

- Qazax şəhər, M.Hüseyn adına məktəb-lisey (Ünvan: Qazax şəhəri, H.Əliyev prospekti 150)
Quba şəhəri üzrə:

- Quba şəhər, Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey (Ünvan: Quba şəhəri, Əliqulu Nərimanov küçəsi)
Qəbələ şəhəri üzrə:

- Qəbələ rayon üzrə təhsil sektorunun inzibati binası (Ünvan: Qəbələ şəhəri, Heydər Əliyev prospekti 40)
Şirvan şəhəri üzrə:

- Şirvan şəhəri üzə təhsil sektoru inzibati binası (Ünvan: Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10)
Naxçıvan MR üzrə:

- Heydər Əliyev adına Hərbi Lisey (Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 12)
Ətraflı məlumat üçün bu linkdən istifadə edə bilərsiniz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol