• $
  • €
  • ₽
  • ₺
  • £

“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında

“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında
02.05.2024 13:55
Azercell-in həssas qadın qrupları üçün təşkil etdiyi təlimlər davam edir


Azercell və "Ümidli Gələcək” İB-in "Gələcəyi öz əllərinlə yarat” layihəsi çərçivəsində növbəti təlim baş tutub. "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında keçirilmiş təlimə yetkin qadınlarla yanaşı həm də yeniyetmə və gənc qızlar qatılıb. Təlimdə Azercell Akademiyasının mütəxəssisləri iştirakçılara "yumşaq bacarıqlar” - daxili motivasiya, ünsiyyət, empatiya, emosional zəka barədə məlumat veriblər. Qadın sığınacağının sakinləri isə öz növbələrində hədəfləri, karyera və təhsil planları barədə mütəxəssislərdən tövsiyələr alıblar. 

Təlimin əsas məqsədi sığınacaq sakinlərinin cəmiyyətə reinteqrasiyası, yenidən iş həyatına addımlamaları, karyera qurmaq imkanlarının artırılması idi.
Qadınlara həmçinin "Qadın Dəstək Xətti”nin xidmətləri barədə məlumat verilib. Onlara bu xidmətdən yararlanmaq tövsiyə edilib.   

Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan "Qadın Dəstək Xətti”nin əsas məqsədi effektiv psixoloji, emosional və sosial dəstəyin təşviq edilməsi, zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etməkdir. Bunun üçün onlar hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndirilir. 


24 saat xidmət göstərən "Qadın Dəstək Xətti”nə 116111 qısa nömrəsi, eləcə də Facebook və Instagram sosial şəbəkələri, İctimai Birliyin veb-saytındakı canlı çat vasitəsilə müraciət etmək olar.


Qadın sığınacağında baş tutmuş təlim haqqında video-material:

https://www.youtube.com/watch?v=gDYaDw5ZPXI



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol