• $
  • €
  • ₽
  • ₺
  • £

İlin sonuna kimi Ağdama köçürüləcək ailələrin sayı açıqlanıb

İlin sonuna kimi Ağdama köçürüləcək ailələrin sayı açıqlanıb
03.05.2024 12:42
2024-cü ilin sonuna qədər Ağdamın işğaldan azad olunan üç kəndinə köç təmin ediləcək. Bunu Ağdam, Füzuli, Xocavənd rayonları üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.
 
"Ağdamın Kəngərli kəndinə 292, Xıdırlı kəndinə 719, Sarıcalı kəndinə 203 ailənin köçürülməsi nəzərdə tutulur. Köçürülən əhalinin işlə təmin olunması üçün zavod və fabriklər inşa edilir. Düşmənin ölü zonaya çevirdiyi Ağdamda hazırda infrastruktur işləri görülür",-  Hacıyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdamda keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiyada deyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Ağdam rayonunun Kəngərli kəndində 292 ədəd yaşayış evinin və 292 ədəd tövlənin tikintisi üçün icazə verib.

Məlumatda göstərilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi 1 ədəd 5 otaqlı, 60 ədəd 4 otaqlı, 156 ədəd 3 otaqlı, 75 ədəd 2 otaqlı yaşayış evinin və ümumi sahəsi 4 088 kv. metr olacaq 292 ədəd tövlənin tikintisinə 15 mart 2024-cü il tarixli ETİ-09/24 saylı sənəd əsasında icazə verib.

Kəngərli kəndi 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə işğaldan azad olunub. 

Aytac

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol