• $
  • €
  • ₽
  • ₺
  • £

Şirkət və müəssisələrə məşhur sistemlə bağlı xəbərdarlıq

Şirkət və müəssisələrə məşhur sistemlə bağlı xəbərdarlıq
04.05.2024 12:11
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Zərərvericilərin Tətqiqi Laboratoriyası, müəssəsə və şirkətlərə bulud əsaslı sandbox platformalarından istifadə zamanı konfidensial və fərdi məlumatların mühafizəsini təmin etmək məqsədilə yoxlamaları qapalı analiz imkanlarına malik sistemlərdə aparmağı tövsiyə edir.Bu barədə XRİTDX məlumat yayıb.

Quruma özəl sandbox sistemlərinin təchiz edilərək qurulması vəsait tələb etdiyindən bir çox istifadəçilər bu kimi həllərin bulud versiyalarından, bir çox hallarda isə ödənişsiz versiyalarından istifadə edirlər. Fərdi istifadəçilərin şübhəli hesab etdikləri faylların zərərli olub-olmadığını təyin etmək məqsədilə onları internet vasitəsilə sözügedən sistemlərə göndərməsi və nəticə əldə etməsi üçün yaradılmış belə ödənişsiz sandbox sistemləri, göndərilən faylların məxfiliyini və ya konfidensiallığını qorumur. Belə ki, fərdi istifadəçilər üçün nəzərdə tutulmuş bucür ödənişsiz platformalar sistemə yüklənən istənilən faylı öz saytlarında yoxlanılmış fayl kimi qeyd etməklə dərc edir.

Bundan xəbərsiz olan, lakin daxil olmuş faylların təhlükəsizliyini yoxlamamaq üçün belə ödənişsiz xidmətlərdən istifadə edən bir çox müəssisə və bankların əməkdaşları konfidensial və fərdi məlumatları bilmədən ifşa etmiş olurlar.

Hazırda ölkəmizdə ən çox istifadə olunan ANY.RUN, Virustotal kimi ödənişsiz platformalarda bir sıra bank və müəssisələrə aid çox saylı konfidensial məlumatların – sənədlər, müqavilələr, maliyyə və mülkiyyət faylları, CV-lər, hesabatlar və s. dərc olunduğunun şahidi ola bilərik.

Belə platformaların fərdi qaydada istifadəsi kibergigiyena baxımından yoluxmanın qarşısının alınması məqsədilə çox təqdirəlayiq müsbət hal olsa da bank və müəssisələrin və istifadəçilərin həssas məlumatlarının hər kəsə əlçatan açıq şəkildə paylaşılması böyük risk daşıyır.

Bununla yanaşı bilmək lazımdır ki, bu kimi sistemlərə yüklənən fayllar bəzi platformalarda hər kəsə açıq şəkildə paylaşılmasa belə, yüklənmiş fayllar 3-cü şəxslərin informasiya sistemində toplanır. Sözügedən sistemdə baş verə biləcək hər hansı kiberhücum nəticəsində həssas məlumatlar sızdırıla və ya hakerlərin əlinə keçə bilər. Bunu nəzərə alaraq, belə xidmətlərdən istifadə edərkən yüklənəcək fayllardan həssas məlumatları silmək və ya gizlətmək üçün məlumatların redaksiyasını və anonimləşdirilməsini təmin etmək vacibdir. Bununla yanaşı müəssisə daxilində əməkdaşların məlumatların qorunması, məxfilik və informasiya təhlükəsizliyi baxımından məlumatlılığının artırılması məqsədilə mütəmadi olaraq əlavə maarifləndirici tədbirlərin həyata keçirilməsi müəssisə daxili kibergigiyenanın yüksəldilməsi baxımından əhəmiyyətlidir.

XRİTDX-nin Zərərvericilərin Tətqiqi Laboratoriyası hazırda yeni həll olan milli sandbox sisteminin hazırlanması üzərində çalışmalarını davam etdirir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol