TƏBİB-dən Gəncə Şəhər Birləşmiş Xəstəxanasındakı nöqsan və hüquqpozmalara münasibət

Əhalinin sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin göstərilməsi, eləcə də xidmətin təşkili zamanı yol verilən nöqsan və hüquqpozmalar barədə atılan addımları dəstəkləyirik.
Bu barədə TƏBİB "Report”un Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı ünvanlandığı sorğuya cavab olaraq bildirib.
Qeyd olunub ki, bu istiqamətdə aidiyyəti orqan və qurumlarla sıx əməkdaşlıq həyata keçirilir: "Tərəfimizdən nöqsanlar aşkar edildiyi təqdirdə müvafiq qaydada məlumatlar aidiyyəti üzrə təqdim olunur”.
"TƏBİB-in struktur bölmələri tərəfindən intensiv olaraq tibb müəssisələrində monitorinq, xidməti araşdırma və yoxlamalar aparılır, məlumatlar toplanılır, qanunazidd hallara şübhə yarandığı təqdirdə prokurorluq orqanlarına aidiyyəti üzrə tədbirlərin görülməsi ilə bağlı müraciət olunur”, - məlumatda bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























