17 yaşlı qız könüllü nişanlanıb - DİN

Xaçmazda 17 yaşında zorla ərə verilən qız haqqında deyilən məlumatlar doğru deyil. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Bir gün öncə sosial şəbələlərdə 17 yaşlı qızın 37 yaşlı bəylə zorla toy olmadan evləndirilməsi barəsində xəbərlər yayılıb.
"Sosial şəbəkədə Xaçmaz rayon sakini, azyaşlı qızın zorla ərə verilməsi barədə məlumat yerləşdirilib. Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, 2007-ci il təvəllüdlü M.S, 1987-ci il təvəllüdlü, rayonun Qaraqurtlu kənd sakini T. F ilə könüllü razılaşma yolu ilə nişanlanıb. Onlar ailə həyatı qurmayıblar. Faktla bağlı hazırda Xaçmaz RPŞ-də zəruri araşdırmalar aparılır", - DİN açıqlamasında bildirib.
ELm və Təhsil Nazirliyi icbari təhsildən yayınan məktəbli barəsində hələlik açıqlama verməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























