• $
  • €
  • ₽
  • ₺
  • £

Hazırda ölkədə yaşı yüzü keçmiş 280 nəfər pensiyaçı var

Hazırda ölkədə yaşı yüzü keçmiş 280 nəfər pensiyaçı var
06.05.2024 13:35
Hazırda Azərbaycanda yaşı 100 və daha çox olan pensiyaçıların sayı 280 nəfərdir. Bu barədə anews.az-ın sorğusuna cavabında Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.
 
O qeyd edib ki, yaşı 100 və daha çox olan pensiyaçıların 36-sı kişi, 244-ü qadındır.
 
2024-cü ilin ilk üç ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara 11,9 min pensiya, 39 min müavinət və təqaüd ayrılıb.
 
Dövlət Statistika Komitəsinin son hesabatına görə Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. 

2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Ötən ilin yanvarın 1-i vəziyyətinə ölkədə1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub,1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.

2023-cü il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub.

Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Azərbaycan Qanunvericiliyinə görə, kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı 63 il 6 ay-dır. Qadınların pensiya yaşı hər 6 aydan bir qaldırılır. İyulun 1-dən qadınların pensiya yaşı 64 il olacaq.

Aygün Mirakif

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol