• $
  • €
  • ₽
  • ₺
  • £

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib - Video

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib - Video
07.05.2024 15:47
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin, Media Təhlil Mərkəzinin, "EDUAZ Co” MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış "Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib.
 
"Eduaz.com” platformasında təqdim edilən kursun əsas məqsədi müasir media mühitində dəyişən tendensiyaları nəzərə alaraq, media sahəsində təlimlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, media nümayəndələrinin fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin hər kəs üçün əlçatanlığının təmin olunmasıdır.
 
Onlayn təlim kursunda mövzular 12 moduldan ibarət olmaqla Anadolu Agentliyinin yüksək ixtisaslı ekspertləri tərəfindən tədris olunur. Hər modulun və ümumi təlimin sonunda müvafiq olaraq özünüqiymətləndirmə testini və sertifikat imtahanını verən iştirakçı nəticəyə uyğun "iştirak” və ya "müvəffəqiyyət” sertifikatı əldə edir.
 
Dövlət və özəl əməkdaşlıq layihəsi çərçivəsində təqdim olunan kursdan Media Reyestrində olan jurnalistlər ödənişsiz yararlana biləcəklər.
 
Onlayn kurs media sahəsində biliklərini təkmilləşdirmək istəyən şəxslərə zaman və məkan məhdudiyyəti olmadan rahat funksionallıq, öyrəndiklərini yoxlama və sertifikat qazanma imkanı təklif edir.
 
 
Əlavə məlumat üçün:
Email: [email protected]
Telefon: (012) 526-16-16
              (994) 55-362-90-95
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol