• $
  • €
  • ₽
  • ₺
  • £

Baroness Patrisia Skotland Azərbaycanı ziyarət edib

Baroness Patrisia Skotland Azərbaycanı ziyarət edib
11.05.2024 20:20
Məşhur britaniyalı siyasətçi,  "Commonwealth” (Millətlər Birliyi) təşkilatının baş katibi Baroness Patrisia Skotland "Tahir Gözel İnkişafa Təşəbbüs” təşkilatının dəvəti ilə Azərbaycanı ziyarət edib. 


Keçmiş Böyük Britaniya İmperiyasının ərazisinə daxil olmuş 56 ölkənin təmsil olunduğu təşkilata rəhbərlik edən xanım diplomat Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq, akademik Zərif Əliyevanın məzarını ziyarət edib. 


Fəxrin Xiyaban ziyarəti çərçivəsində   Baroness Patrisia Skotlanda ölkəmizin tarixində iz buraxmış müxtəlif mütəfəkkirlər barədə də məlumat verilib.


Daha sonra media nümayəndələri ilə görüş keçirilib.


Konfransda sosial əhəmiyyətli bir sıra məsələlər müzakirə edilib. 


Jurnalistlərin suallarını cavablayan qonaq bu ilin ən aktual məsələsi olan COP 29-un Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və digər qlobal layihələrdə olduğu kimi Azərbaycanın bu mötəbər tədbirin də öhdəsindən yüksək səviyyədə gələcəyindən əminliyini ifadə edib.
 "Commonwealth” (Millətlər Birliyi) təşkilatının iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində mühüm işlər gördüyünü bildirən Baroness bütün dünyanın bu məsələyə həssas yanaşmalı olduğunu söyləyib. 


O, qlobal istiləşmə nəticəsində yaranacaq risklərin təhlükəsi barədə danışaraq, okeanlarda yerləşən kiçik ada dövlətlərin faciə ilə rastlaşa biləcəyini qeyd edib.


Patrisia Skotland Azərbaycanın yaşıl enerjiyə keçid istiqamətində atdığı addımları diqqətlə izlədiyini, ölkəmizin günəş, külək enerjisi kimi bərpaolunan enerji mənbələrinin araşdırılması və tətbiqibin çox doğru qərar olduğunu bildirib. 


Baroness süni intellektin və digər texnologiyaların bu qədər inkişaf etdiyi dövrdə yeni fürsətlərin yarandığını söyləyib və bütün dünyanı koronavirusla mübarizədə olduğu kimi birləşməli olduğunu qeyd edib. 


Sonda Azərbaycanda olduğundan məmnunluğunu ifadə edən qonaq təmsil etdiyi təşkilatın bütün dünyaya sülh və dostluq arzuladığını, iqlim böhranının da öhdəsindən gəlinəcəyinə inandığını bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol