1 həftədə nə qədər ərazi minadan təmizlənib? - Rəsmi

2024-cü ilin 6-12 mayında işğaldan azad olunmuş ərazilərdə 880.3 hektar ərazi minalardan təmizlənib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat yayıb.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib.
2020-ci il Vətən Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub.
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb.
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib