“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada başlayan "Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 13-də Laçında "Sələflər və xələflər” adlı konsert proqramı ilə davam edib.
Festival Həkəri çayı ətrafında iştirakçıları və qonaqları bir araya gətirib.
Laçın şəhərinin ən mənzərəli məkanlarından birinə gələn qonaqlara milli-mənəvi irsdən, ənənələrin valideyndən övlada keçməsindən, gənc nəslin milli dəyərlərə sevgi və sədaqətindən qaynaqlanan "Sələflər və xələflər” layihəsi təqdim edilib.Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının onların sənətini davam etdirən övladları, yetirmələri ilə birgə çıxışları təqdim olunub. Layihə milli musiqinin, mədəniyyətin, ənənələrin yaşadılması üzərində qurulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























