• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış jurnalist təşkilat sədri seçildi

Tanınmış jurnalist təşkilat sədri seçildi
17.02.2014 18:14
Bu gün 125-lər siyasi klubu təsis edilib. “Qafqazinfo” xəbər verir ki, klubun əksər təşəbbüskarlarının iştirakı ilə keçirilən təsis toplantısında yeni yaranmış bu qurumun əsasnaməsi təsdiq edilib, bəyannaməsi imzalanıb. Təsis yığıncağında həmçinin, 125-lər siyasi klubunun strukturu və rəhbər orqanları müəyyən edilib. Əsasnaməyə uyğun olaraq, gizli səsvermə yolu ilə sədr və müavinlər seçilib. Klubun sədri məşhur jurnalist İlhamiyyə Rza, müavinlər isə ictimai və peşə fəaliyyətləri ilə tanınan Anar Qasımlı, Günel Səfərova, Xalisə Şahverdi və Üzeyir Cəfərov seçilib.Növbəti mərhələdə klubun ictimaiyyətə təqdimat mərasimi nəzərdə tutulub. Xatırladaq ki, klubun  üzvləri 2015-ci il parlament seçkilərində  iştirak etmək məqsədilə təşkilatlanaraq, ölkənin siyasi proseslərində fəal iştirak etmək niyyətindədirlər.Qurumun bəyannaməsində bildirilir ki, ölkə qarşısında dayanan problemlərin həlli üçün daha çox insanın proseslərə cəlb olunmasına, ictimai siyasi hadisələrin mərkəzində yer almasına, ictimai nəzarət mexanizminin hərəkətə gətirilməsinə  ehtiyac var. Demokratikləşmə, hüquqi dövlət quruculuğu prosesində fəal vətəndaşlarımız nə qədər çox iştirak edərsə, uğurlarımız da bir o qədər cox olar: “Bütün bunları nəzərə alaraq, bir qrup ictimai-siyasi həyatda aktiv iştirak edən  vətəndaş, ölkəmizin demokratikləşməsinə öz töhfəsini vermək üçün 125-lər klubunda birləşərək, Azərbaycanda  demokratik idarəçilik sisteminin yaradılması, milli dəyərlərin qorunması, barış və əminamanlığın həm ölkədə, həm də regionda bərqərar olması naminə fəaliyyət göstərəcəyini bəyan edir. Bəyan etdiyimiz məqsədlərlə siyasi birlik olaraq, 2015- ci il parlament seçkilərində iştirak edəcəyik”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol