• $
  • €
  • ₽
  • ₺
  • £

Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbinə cinayət işi açılıb

Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbinə cinayət işi açılıb
15.05.2024 11:32
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində 188 min manatdan artıq pul vəsaiti mənimsənilib. Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

 "Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən 2018-ci ilin sentyabr ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və əsassız olaraq əmək haqqı ödənilməsi yolu ilə 188 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və əsassız şəhadətnamələr verməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır", - məlumatda qeyd olunub.





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol