• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-nın vəzifəli şəxsləri vəsaitlərdən qanunsuz istifadə edib?

AMEA-nın vəzifəli şəxsləri vəsaitlərdən qanunsuz istifadə edib?
28.05.2020 18:03
Hesablama Palatasının Kollegiya iclası keçirilib. APA-nın verdiyi məlumata görə, Kollegiya iclasında “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinin, o cümlədən dövlət büdcəsi vəsaiti hesabına maliyyə-təsərrüfat əməliyyatlarının, aktivlərinin uçotu, istifadəsi, saxlanılması və satışının, habelə vergi və digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsi vəziyyətinə dair auditin nəticələri üzrə” və “Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutuna ayrılan vəsaitlərin icrasına dair auditin nəticələri üzrə” Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiqlənib.Kollegiya tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, o cümlədən ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, dövlətə və ayrı-ayrı vətəndaşlara  külli miqdarda zərərin vurulması faktlarının auditlə müəyyən edildiyi nəzərə alınaraq və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz əmək haqqı ödənişi, texniki və məişət avadanlıqlarının təmiri zamanı artıq büdcə vəsaitinin sərf olunması, əsaslı təmir işlərinin yerinə yetirilməsi zamanı iş həcmlərinin süni surətdə artırılması və bu kimi digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq, hər iki nəzarət tədbiri üzrə yoxlama materiallarının Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.Kollegiya iclasında “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar daxil olan vəsaitlərin istifadəsi üzrə nəzarət tədbirinin proqramı təsdiqlənib. İclasda Palatanın funksional fəaliyyəti ilə bağlı cari məsələlər də müzakirə edilib, Palatanın 2013-cü ildə fəaliyyəti üzrə Hesabatının, eləcə də audit tədbirlərinin nəticələrinə əsaslanmaqla müvafiq qanunvericiliyin daha da təkmilləşdirilməsi üzrə Palatanın növbəti təkliflər toplusunun hazırlanmasına, eyni zamanda Palatanın Strateji İnkişaf Planının tətbiqi ilə bağlı beynəlxalq layihədə nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi məqsədilə bir sıra  tövsiyə və tapşırıqlar verilib. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol