Avrasiyada 79 milyon insanın internetə çıxışı yoxdur- Lara Dewar

Avrasiyada 79 milyon insanın internetə çıxışı yoxdur. Bunu GSMA Baş marketinq direktoru Lara Dewar deyib.
" Bu yaxınlarda qismən həssas ölkələrdə gender əsaslı layihə icra etmişik. Layihə çərçivəsində 70 milyon insanı internetlə təmin edilməsinə şərait yaratmışıq. Onlardan 65 milyonu özlərinə lazım olan bacarıqları əldə edib. Hazırda Avrasiyada 79 milyon insan internetə çıxış əldə edə bilmir",- Lara Dewar "GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən "Rəqəmsal genetikamız - Sabahın bacarıqları” adlı paneldə çıxışı zamanı deyib.
www.anews.az

Lara Dewar bildirib ki, yaxın gələcəkdə uçan maşınlar, iqlim həlləri və digər yenilikləri insanlar üçün yeni bir pəncərə açacaq.
Bakıda 2 gün müddətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "GSMA M360 Eurasia 2024” konfransı keçirilir. Konfransda rəqəmsal dövrün ən aktual tendensiyaları və süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuları müzakirə edilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib