• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank of Baku” uşaqların əyləncə mərkəzinə səfərini təşkil edib

“Bank of Baku” uşaqların əyləncə mərkəzinə səfərini təşkil edib
29.05.2020 07:56

Yaranmasının  20 illiyini qeyd edən “Bank of Baku” ASC valideyn himayəsindən məhrum olmuş yüzlərlə uşağın “Megafun” ailəvi əyləncə mərkəzində asudə vaxtını təşkil edib. Bakıdakı bir neçə internat məktəbin 400-ə yaxın sakini bir neçə saat ərzində əyləncə mərkəzində şən və yaddaqalan vaxt keçiriblər . Mərkəzdəki yüzlərlə attraksion, oyun avtomatları və müxtəlif yaş kateqoriyaları üçün nəzərdə tutulmuş əyləncə növləri uşaqların tam ixtiyarına verilib.

Daha sonra bank tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim edilib. Uşaqlar əyləncə mərkəzində böyük sevinc və məmnunluq hissi ilə vaxt keçiriblər.

Uşaqların əyləncə mərkəzinə ziyarətin sponsorluğunu “Bank of Baku” tam olaraq öz üzərinə götürüb.

Bu tədbir 2014-cü il üçün nəzərdə tutulmuş  korporativ sosial məsuliyyət tədbirləri silsiləsində birincidir və bank bu cür xeyriyyə aksiyalarını il ərzində də davam etdirəcək.

“Bank of Baku” ASC bu tədbirin təşkil olunmasında Azərbaycan Respublikası Təhsil Nazirliyi,  “Megafun” ailəvi əyləncə mərkəzi, Qafqaz Universitetinin könüllü tələbələri və “İrəli” Gənclər Birliyinə göstərdikləri dəstəyə görə dərin minnətdarlığını bildirir.

Ətraflı məlumat: 145 Məlumat Mərkəzi və ya www.facebook.com/bankofbaku 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol