Ötən il 300-ə yaxın erkən nikahın qarşısı alınıb

2023-cü ildə 293 erkən nikahın qarşısı alınıb. Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.
2023-ci ildə daxili işlər orqanlarına erkən nikahla bağlı 50 müraciət daxil olub, bu müraciətlərdən 20 fakt üzrə cinayət işi açılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimovanın sözlərinə görə, ötən il yetkinlik yaşına çatmayan bir nəfərə erkən nikaha məcbur etməyə görə cinayət işi açılıb.
Onun sözlərinə görə, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunub. Yalnız üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Aygün
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib