• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi orduda müqaviləli heyətin sayını artırır

Müdafiə Nazirliyi orduda müqaviləli heyətin sayını artırır
17.02.2014 14:36
Azərbaycan Müdafiə Nazirliyi sistemində 2014-cü ildə müqaviləli heyətin sayının əhəmiyyətli şəkildə artırılması planlaşdırılır.Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Silahlı Qüvvələrdə hərbi texnikanın və dəqiq silahların idarə olunması, eləcə də şəxsi heyətlə bilavasitə təmasda olan kiçik komandir (qrup və manqa komandiri) vəzifələri müqaviləli heyətə həvalə olunacaq. Silahlı Qüvvələrdə hesab edirlər ki, bununla, hərbi xidmətin keyfiyyəti yüksələcək, eyni zamanda neqativ hallar minimuma endiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, artıq 2013-cü ilin dekabr ayından Silahlı Qüvvələrdə müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək arzusunda olan vətəndaşların müraciətləri toplanır. Sayı açıqlanmasa da, bu günədək çox sayda müraciət olub. Müqaviləli heyətin sayı tədricən artırılacaq. Nazirlik bir daha bəyan edir ki, Silahlı Qüvvələrdə müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək istəyən Azərbaycan vətəndaşları, qanunvericiliklə tənzimlənmiş qaydada Bakı, Bərdə, Beyləqan, Şəmkir və Naxçıvanda yerləşən birliklərin komandanlıqlarına müraciət edə bilərlər. Qeyd edək ki, analoji təcrübə bir neçə ildir Sərhəd Qoşunlarında və Daxili Qoşunlarda tətbiq olunur.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol