• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda boşanmaq istəyənlərin 70 faizi qadınlardır - Video

Azərbaycanda boşanmaq istəyənlərin 70 faizi qadınlardır - Video
17.05.2024 12:18
Azərbaycanda boşanmaq istəyənlərin 70 faizi qadınlardır. Bu barədə Xezerxeberin süjetində bildirilib.

Kimisi zorakılığa məruz qaldığından, kimisi psixososial durumdan, kimisi isə kənar müdaxilələrdən çıxış yolunu boşanmaqda görür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayı ərzində 10 081 nikah, 5 124 boşanma qeydə alınıb. 2023-cu ilin eyni dövründə isə 11 870 nikah, 5 118 boşanma olub. Statistik rəqəmlərə baxanda aydın görünür ki, nikahı qeydə alınanların sayı təxminən 15 faiz azalıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov bildirib ki, boşanmaq istəyən hər 10 nəfərdən yeddisi xanımdır.

R.Mahmudovun sözlərinə görə, mübahisəli boşanmaların sayı daha çoxdur. Mütəxəssis bildirib ki, kənar müdaxilələr anlayışlı boşanmanı mürəkkəbləşdirir.

Komitə rəsmisi son illər şiddətə məruz qalan kişilərin də sayının artmasına diqqət çəkib.

Baş məsləhətçi hesab edir ki, hazırda Azərbaycanda psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var. Azərbaycanda ailə psixoloqu məsələsinin institusional səviyyədə həll olunmasının artıq vaxtı çatıb.
 
Ətrafı süjetdə:


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol