Universitetlərin köçürülməsi bu gün üçün aktual deyil - Ülkər Səttarova

Universitetlərin köçürülməsi bu gün üçün aktual deyil. Bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
"Səhv etmirəmsə, inkişaf konsepsiyası 25 il üçün nəzərdə tutulub. Bu proses mərhələli şəkildə görülə bilər. Mən desəm ki, sabah hansısa universitet harasa köçürülür, hazırda belə bir məsələ yoxdur.
Bu gün üçün əsas layihə Qarabağ Universitetinin hazırlanmasıdır.
Böyük hədəf qoyulub, o hədəfə doğru gedirik və tədris prosesi sentyabr ayından başlamalıdır. Bu yaxınlarda cənab nazir də açıqlamışdı ki, Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi bina haqqında da məlumat veriləcək. Yəni hələlik gündəmimizdə bu məsələlər var. Amma digər universitetlərin köçürülməsi bu gün üçün aktual deyil", - direktor "Azərbaycan müəllimi” qəzetinə müsahibəsində qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























