4 ayda kartof və tərəvəz istehsalı artıb

2024-cü ilin yanvar-aprelində 300 min hektar sahəyə bitkilərin səpin işləri aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Hesabat dövründə 43,9 min hektar sahədə dənli və
dənli paxlalı bitkilər (ondan 20,4 min hektarı dən üçün qarğıdalı),
43,6 min hektar sahədə kartof, 45,1 min hektar sahədə tərəvəz,
13,6 min hektar sahədə bostan bitkiləri, 90,3 min hektar sahədə
pambıq, 10,7 min hektar sahədə dən üçün günəbaxan, 5,4 min
hektar sahədə şəkər çuğunduru, 1,1 min hektar sahədə tütün, 42,0
min hektar sahədə çoxillik otlar, 3,9 min hektar sahədə birillik
otlar və 0,4 min hektar sahədə sair yazlıq bitkilər əkilib.
4 ayda ötən ilin eyni dövrü ilə müqayisədə tərəvəz istehsalı artaraq 131,5 min ton olub.
Həmçinin həmin dövr ərzində kartof istehsalı da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,1%artaraq 50,9 min tona çatıb.
Aygün
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























