• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan universitetlərində akademik muxtariyyət həll olunmamış məsələ deyil- Agentlik

Azərbaycan universitetlərində akademik muxtariyyət həll olunmamış məsələ deyil- Agentlik
17.05.2024 15:12
Azərbaycan universitetlərində akademik muxtariyyət həll olunmamış məsələ deyil. Bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
 

"Ali təhsil müəssisələrinin akademik muxtariyyət məsələsi çox geniş anlamdır. Onu belə darlaşdırmaq olmaz. Bizdə bəzən akademik muxtariyyəti inzibati muxtariyyətlə qarışdırırlar. Amma bunun adı inzibati muxtariyyət deyil, akademik muxtariyyətdir. Akademik muxtariyyət o deməkdir ki, dövlət elmi müəssisəni hansısa araşdırmanı aparmağa məcbur edə bilməz. Universitet bu tip qərarları elmi şura çərçivəsində qəbul edir. Elmi şura müəssisənin elmin hansı sahələri ilə məşğul olmasını, gələcəkdə hansı ixtisasların açılmasını  və digər vacib və strateji məsələləri müzakirə edir. Bir də akademik dürüstlük məsələsi var. Yəni, kimsə kiminsə məqaləsini oğurlasa, dövlət onu cəzalandırır. Bu məsələyə ciddi diqqət yetirilir, bütün işlər plagiatın olub-olmamasına görə yoxlanışdan keçirilir. Ali Attestasiya Komissiyası bəzən kimisə elmi rəhbərlik etməkdən məhrum edir. Bu gün Ali Attestasiya Komissiyasına təqdim olunan elmi işlərə verilən imtinalar 14-15 faiz arasındadır. Bizdə akademik muxtariyyət həll olunmamış məsələ deyil. Əgər inzibati muxtariyyətdən danışılırsa, bizim ali təhsil müəssisələrimiz bir çox məsələlərdə kifayət qədər sərbəstdirlər.
Tədris prosesində müəyyən fənlər var ki, onların tədrisi mütləqdir, amma hər bir ali təhsil müəssisəsinin təxminən 30 faiz fərqli kontent vermək imkanı var. Əgər müəssisə bu imkandan istifadə etmirsə, bu onun seçimidir”, - Səttarova bunu "Azərbaycan müəllimi” qəzetinə müsahibəsində qeyd edib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol