Kürdəmir və Saatlıda bəzi əraziləri su basıb - Video

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Kürdəmir və Saatlı şəhərlərində bəzi ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bununla əlaqədar ərazilərə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























