• $
  • €
  • ₽
  • ₺
  • £

Şahdağa qar yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB

Şahdağa qar yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB
18.05.2024 16:00
Mayın 18-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Balakən, Oğuz, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Göyçay, Sabirabad, Xaçmaz, Salyan, Neftçalada arabir yağış, Şahdağda isə qar yağıb. Ayrı-ayrı yerlərdə şimşək çaxıb, yağıntılar leysan xarakterli intensiv olub.

Mayın 18-i gecə saatlarında Qax rayonunun Əlibəyli və Ləkit kəndlərinə, saat 11:10-11:17 radələrində Sabirabad rayonu Kovlar və Ulacalı kəndlərinə diametri 8-10 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da və Aran rayonlarında 20 dərəcəyədək, dağlıq rayonlarda 8-12 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.

 10:15

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Qəbələdə 42 mm, Astarada 26 mm, Qaxda 22 mm, Qobustanda 21 mm, Oğuzda 20 mm, Şəkidə 16 mm, Şamaxıda 15 mm, Daşkəsən, Qusarda 14 mm, Şahdağda 13 mm, Zaqatalada 12 mm, Biləsuvarda 12 mm, Qrızda 11 mm, İsmayıllı, Qubada 9 mm, Sabirabad, Lənkəranda 8 mm, Lerik, Yardımlı, Xaltan, Kürdəmir, Göygöl, Balakən, Mingəçevir, Neftçala, Altıağac, Bərdə, Tərtər, Zərdab, İmişli, Ağdam, Şahbuz, Beyləqan, Yevlax, Ağstafa, Ağsu, Şabran, Gədəbəy, Naftalan, Gəncə, Şəmkirdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Qar örtüyünün hündürdüyü Şahdağda 5 sm, Qaxda 2 sm olub.
Mayın 17-də saat 23:14 radələrində Şəkidə (Kişçay) diametri 25 mm, mayın 18-də saat 02:00 radələrində Zaqatala rayonu Torpaqqala kəndinə isə diametri 25-30 mm dolu düşüb.
Goranboy, Naftalan, Tərtər, Şamaxı, Göyçay, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da və Aran rayonlarında 12, dağlıq rayonlarda 2-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol