Havanın temperaturu yüksələcək

Azərbaycanda sabah havanın temperaturu ötən günlər müqayisədə yüksələcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, fevralın 18-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Hava gün ərzində əsasən yağmursuz keçəcək. Mülayim çənub-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında fevralın 18-də hava əsasən yağmursuz keçəcək. gecə və səhər bəzi yerlərdə duman, ciskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























