2023-cü il təhsildən yayınan şagirdlərlə bağlı 68 ailədə monitorinq keçirilib

2023-cü il Uşaq və Ailələrə dəstək Mərkəzlərinə 3096 müraciət daxil olub. Bu barədə "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda qeyd olunub.
Hesabat dövründə təhsildən yayınan 68 ailəyə baş çəkilib.
Həmçinin erkən nigah faktları ilə bağlı 27 ailəyə səfər edilib. 16 yaşında isə ana olmuş qızlarla bağlı 12 ailədə monitorinq edilib.
2023‐cü il ərzində 11 Uşaq və Ailələrə
Dəstək Mərkəzlərinə 3043 nəfər tərəfindən
müxtəlif mövzularda 3096 müraciət daxil
olub. Müraciət edənlərin 2104 nəfəri
qadındır.
Uşaq və Ailələrə dəstək Mərkəzlərindən istifadə edənlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11% artıb.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il illik məlumatında qeyd olunur ki, Azərbaycanda 293 erkən nikahın qarşısı alınıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























