Ötən il ailə münaqişəsi zəminində qadınlara qarşı ölümlə nəticələnən 49 cinayət törədilib

2023-cü
ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9389 müraciət qeydə
alınıb, bu da ötən illə müqayisədə 4,8% və ya 475 müraciət azdır. Bu barədə Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında
qeyd olunub.
Ötən
il qadınlarla bağlı 6825, zorakılıqla müşayiət olunan 2344 cinayət törədilib. Qadınlara
qarşı törədilmiş cinayətlərlə bağlı 4519 şəxs müəyyən edilib, 63,3%‐i məsuliyyətə
cəlb olunub.
Aygün Mirakif
www.anews.az
Hesabat
dövründə 9389 hüquqazidd əməlin qarşısı alınıb.
Bildirilib
ki, 1482 cinayət törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib. Onlardan
1298-i kişi, 88-i qadındır.
Hesabat
zamanı qısqanclıq və ailə münaqişəsi zəminində qadınlara qarşı ölümlə nəticələnən
49 cinayət törədilib.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























