Bölgələr üzrə aliment ödəyicilərinin sayı 10,7% artıb

2023-cü il yerli icra hakimiyyəti
orqanlarının məlumatına əsasən, Azərbaycanda bölgələr üzrə 64374 aliminet ödəyicisi
var ki, bu da ötən illə müqayisədə 10,7% çoxdur. Bu barədə "Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə
Məlumatı”nda qeyd olunub.
Bununla yanaşı Bakının 12 rayon üzrə aliment ödəyicilərini sayı 2022-ci illə müqayisədə 1,4% və artaraq 359 nəfər artaraq 26 min 822 ödəyici olub.
Məlumatda qeyd olunub ki, aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır.
"Bundan başqa borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecik məsinə səbəb olur”, - məlumatda bildirilib.
2023-cü ildə icrası təmin edilən işlərin sayı 10 %-dən çox artaraq ümumilikdə 570 minə yaxın sənədin icrası təmin edilib. Hüquqi və fiziki şəxslərə 1 milyard manata yaxın vəsait ödətdirilib.
2024-cü ilin yanvar-martında 5124 boşanma halı qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% və ya 6 boşanma çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
1 ayda 1668, 1 gündə isə təxminən 54 boşanma olub.
www.anews.az

Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib