• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il doğumların və abortların sayı artıb

Ötən il doğumların və abortların sayı artıb
20.05.2024 16:29
2023-cü ildə 112 min 620 körpənin doğumu qeydə alınıb, bu da əvvəlki illə müqayisədə 8,3% çoxdur. Bu barədə "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda qeyd olunub.
 
Bildirilib ki, onlardan 59 814-ü oğlan, 52 806-sı qızdır.
 
Cinslər arasındakı fərq 7008 nəfər olub, 2022-ci illə müqayisədə bu fərq azalıb. 
 
Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir. 
 
Ötən il abortların sayı 21,4% və ya 15 817 abort artaraq 73 816 olub. 15 - 49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olub.
 
"Dünyada ən aktual problemlərdən olan abortlara münasibət müxtəlifdir. Bir qrup insanlar buna ailənin öz şəxsi qərarı olaraq hörmətlə yanaşdıqlarını bildirirlər. Digər qisim insanlar abortun tibbi və psixoloji cəhətdən zərərli olduğunu bildirirlər. Ölkəmizdə də abortlar problem olaraq qalmaqdadır", - məlumatda qeyd olunub.
 
2023-cü ildə BMT-nin Əhali Fonun baş müşaviri Fərid Babayev deyib ki, Azərbaycan 2 ildir ardıcıl olaraq selektiv abortlara görə dünyada birinci yeri tutur.
 
Dövlət Statistika Komitəsinin 2022-ci il hesabatına görə, Azərbaycanda abort edənlərin sayı 57 999 olub. Bu rəqəm 2021-ci il  46 877 təşkil edib. Bu da 1 il ərzində abort edənlərin 11 112 artım olduğunu göstərir. 

Aygün 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol